Əməkdar artist vəfat etdi

10 Fevral 2021 15:55

Tanınmış teatr və kino aktyoru, Gəncə Dövlət Dram Teatrında və Gəncə Dövlət Nizami Poeziya Teatrında uzun müddət çalışmış Əməkdar artist, Prezident mükafatçısı Əlican Əzizov vəfat edib.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, bu barədə sənətkarın sənət yoldaşları məlumat yayıblar.

Ə. Əzizov Azərbaycanfilmin istehsalı olan "Süd dişinin ağrısı", "Dairə", "Şahid qız" filmlərində çəkilib.

Allah rəhmət eləsin!

Milli.Az