"Allaha xatir şəkillərimi silin" - Xuraman

10 Fevral 2021 19:04

Müğənni Xuraman Şuşalı köhnə görüntülərinin internet səhifələrindən silinməsini xahiş edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi bu haqda "Həmin Zaur" proqramında danışıb. O bildirib ki, hicabsız şəkillərinin hələ də bir çox yerdə yayımlanması onu narahat edir:

"Dəfələrlə demişəm, xahiş etmişəm ki, Allaha xatir şəkillərimi silin. Bəziləri sildi, amma sonra yenidən yüklədilər. Hicaba gələndən sonra 3 il sənətdən uzaqlaşdım. Amma oxumamış qala bilmədim. İslama güclü imanla gəldim, bacarmadım. Ümid edirəm tək günahım oxumaq olar".

Milli.Az