Aktrisanın oğurlanan maşını və qızılları geri qaytarılıb

10 Fevral 2021 18:54

Bir müddət əvvəl "Arka Sokaklar" serialının aktrisası Oya Akarın evində oğurluq hadisəsi baş verib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, oğrular evə girərək aktrisaya məxsus qızıl, ziynət və bahalı əşyalarını eyni zamanda bahalı avtomobilini aparıblar.

Polislərin uzunmüddətli araşdırmalarından sonra oğrular tapılıb. Akarın qızılları və avtomobili özünə qaytarılıb.

Milli.Az