Yeni evlənən cütlük qəzada öldü - FOTO

10 Fevral 2021 13:13

Türkiyənin Antalya şəhərində iki avtomobilin toqquşması ilə nəticələnən dəhşətli yol qəzası baş verib.  

Milli.Az unikal.org-a istinadən bildirir ki,qəza nəticəsində avtomobillərən biri yol kənarındakı dərəyə yuvarlanıb. Hadisədə 6 nəfər həyatını itirib. Qəza yerinə xilasetmə qrupları cəlb olunub.

Baş verən qəzada həyatını itirənlərdən biri də  yeni evlənən cütlük olduğu bildirilib. Nikah məarsimindən geri qayıdan cütlüyün qəzada ölməsi xəbəri hər kəsi üzüb.

Milli.Az