“Qarabağ artıq öz sahiblərinin nəzarətindədir”

10 Fevral 2021 09:11

Ermənistan Qarabağı 30 il işğal altında saxladı. O torpaqlar kimindi? Azərbaycanlı qardaşlarımızın. 

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Prezident Adminstrasiyasında keçirilən tədbirdə bildirib.

Ərdoğan bir daha vurğulayıb ki, Azərbaycan öz gücü ilə işğalda olan torpaqlarını azad edib: "Biz də əlimizdən gələn dəstəyi verdik və artıq Qarabağ sahiblərinin əlindədir".

Milli.Az