"Yuventus" İtaliya Kubokunun ilk finalçısı oldu - VİDEO

10 Fevral 2021 07:22

"Yuventus"un futbolçuları İtaliya Kubokunun yarımfinal mərhələsində "İnter"lə heç-heçə oynayıblar.

Milli.Az Trend-ə istinadən bildirir ki, Turində baş tutan oyun 0:0 hesabı ilə başa çatıb. Birinci oyunda "Yuventus" 2:1 hesabı ilə qalib gəldiyi üçün finala yüksəlib.

Turnirin ikinci finalçısı fevralın 10-da "Atalanta" "Napoli"ni qəbul etdikdən sonra müəyyənləşəcək.

Xatırladaq ki, "Yuventus" İtaliya kubokunu 13 dəfə, "İnter" isə yeddi dəfə qazanıb. Hazırda kubokun sahibi "Napoli"dir.

İtaliya Kubokunun final oyunu 19 mayda Milanda keçiriləcək.

Milli.Az