Qazaxda 69 yaşlı kişi intihar edib

9 Fevral 2021 22:59

Qazaxda intihar hadisəsi baş verib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, rayonun Xanlıqlar kəndində yaşayan, 1952-ci il təvəllüdlü Tofiq Xəlilov yaşadığı evin həyətində olan yarım tikilidə özünü asaraq intihar edib.

Yaxınlarının verdiyi məlumata görə, o, uzun müddətdir xəstəlikdən əziyyət çəkirmiş.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az