Şirvanda yaşlı kişi iki bacını bıçaqladı

9 Fevral 2021 21:51

Şirvanda iki qadın bıçaqlı hücuma məruz qalıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Şirvan şəhər sakinləri - 1994-cü il təvəllüdlü İlahə Qasımova və onun bacısı, 1993-cü il təvəllüdlü Şəhla Qasımova qonşuları 1956-cı il təvəllüdlü Nəzərov Eyvaz Mehdi oğlu tərəfindən bıçaqlanıblar.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az