"Barselona"da "Sevilya" ilə oyun öncəsi itkilər

9 Fevral 2021 17:01

"Barselona" İspaniya kubokunun yarımfinalında "Sevilya" ilə oyuna itkilərlə çıxacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Miralem Pyanic, Serxinyo Dest və Martin Breytueyt zədə səbəbindən heyətə daxil edilməyib.

Bundan başqa, Ronald Arauxo, Filippe Koutinyo, Serxi Roberto, Jerar Pike və Ansu Fati hələ də sağalmayıb.

Qeyd edək ki, "Sevilya"- "Barselona" görüşü sabah keçiriləcək.

Milli.Az