Vilayət Eyvazov daha bir rəisi işdən AZAD ETDİ

9 Fevral 2021 15:51

Astara rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad olunub.

Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, polis polkovniki Azər Cahangirov vəzifəsindən azad olunub.

Onun hansı rayona rəis təyin ediləcəyi barədə əlavə məlumatı təqdim edəcəyik.

Milli.Az