İranda pilotsuz təyyarə qəzaya uğrayıb

9 Fevral 2021 18:39

İranın Kaşan şəhəri yaxınlığında pilotsuz təyyarə qəzaya uğrayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, pilotsuz təyyarə Qum əyalətinin Müdafiə Sənayesi Təşkilatına məxsus olub.

Pilotsuz təyyarənin qəzaya uğramasına texniki nasazlıq səbəb olub. Təyyarə Kaşan şəhəri yaxınlığında əkin sahəsinə düşüb.

Milli.Az