İtaliyada TAP-a görə köçürülən 828 zeytun ağacı əvvəlki yerlərinə əkilir

9 Fevral 2021 15:14

Azərbaycan təbii qazını Avropaya daşıyacaq TAP boru kəmərinin inşası çərçivəsində İtaliyada müvəqqəti çıxarılaraq başqa yerlərə köçürülən 828 zeytun ağacı tikinti başa çatdırdan sonra əvvəlki yerlərinə əkilməyə başlayıb.

SOCAR-dan Milli.Az-a verilən məlumata görə, kəmərin keçdiyi əraziyə yaxın hissədə əlavə olaraq 930 yeni zeytun ağacı da əkilir.

Milli.Az