Ucuz “iPhone SE” aparatının təqdim ediləcəyi vaxt məlum olub

11 Fevral 2021 23:55

"Apple" 2021-ci ildə yeni ucuz "iPhone" təqdim etməyi planlaşdırmır. Bu haqda "JP Morgan"ın analitik Uilyam Yanqa istinadən "Wccftech" nəşri yazıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, şirkət artıq "iPhone SE" aparatının üçüncü nəsli üzərində işləyir və tədarükçülər smartfon komponentləri üçün təchizat hazırlayırlar. Ancaq yeni ucuz smartfon 2022-ci ilin əvvəlində təqdim ediləcək.

Yeni "SE" smartfonunun görünüşü 2018-ci ildə təqdim edilmiş "iPhone XR" stilində işlənəcək. Bundan başqa, "Apple" şirkəti populyar "iPhone 11" stilində hazırlanmış daha bir əlçatan smartfon təqdim etməyi planlaşdırır.

Milli.Az