Media nümayəndələri Raket və Artilleriya Qoşunlarının hərbi hissələrinə səfər ediblər

9 Fevral 2021 12:10

Fevralın 9-da kütləvi informasiya vasitələri nümayəndələrinin Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının hərbi hissələrinə səfəri təşkil olunub.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, səfər çərçivəsində şəxsi heyət və müasir artilleriya qurğuları ilə tanış olan media nümayəndələri praktiki tapşırıqların icrasını canlı izləyiblər.

Milli.Az