Məcburi köçkünlərin məskunlaşdığı yataqxanalarla bağlı Dövlət Komitəsindən açıqlama

9 Fevral 2021 12:01

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məcburi köçkünlərin məskunlaşdığı yataqxanalarda otaqları satışa çıxarmaları haqda məlumatlarla bağlı açıqlama yayıb.

Qeyd olunur ki, fevralın 8-də televiziyaların birində Bakı şəhərindəki yataqxanalarda məcburi köçkünlərin yaşadıqları otaqları satışa çıxarması barədə reportaj yayımlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Dövlət Komitəsinin Mətbuat xidməti bununla əlaqədar olaraq bildirir ki, məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları yataqxanaların Dövlət Komitəsinə heç bir aidiyyəti yoxdur.

Milli.Az