Gürcüstanda daha 829 yoluxma

9 Fevral 2021 12:51

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 829 yoluxma halı qeydə alınıb, 8 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı  263 057, ölənlərin sayı isə 3 306 nəfərə çatıb.

Virusa yoluxanlardan 254 916 nəfərin sağaldığı bildirilir.

Milli.Az