"Atatürk hərbi təlimləri" başladı

9 Fevral 2021 12:07

Türkiyə və Pakistan ortaq hərbi təlimlər keçirir.

Milli.Az unikal.org-a istinadən bildirir ki, "Atatürk hərbi təlimləri" adı ilə keçirilən təlimlər Pakistanın Hayber-Pahtunva əyalətinin Tarbela bölgəsində keçirilən açılış tədbiri ilə başlayıb.

Hərbi təlimlər 3 həftə davam edəcək. Ortaq hərbi təlimlərin iki ölkə arasındakı bağları daha da gücləndirəcəyi bildirilib.

Milli.Az