Droqbanın oğlu İtaliya klubunda

9 Fevral 2021 08:38

Fildişi Sahili millisinin sabiq futbolçusu  Didye Droqbanın oğlu İsaak Droqba karyerasını İtaliyada davam etdirəcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 20 yaşlı hücumçu D Seriyası (səviyyəcə 4-cü liqa) təmsilçisi "Folqorye Karateze" ilə müqavilə imzalayıb. Bu barədə klubun saytı məlumat yayıb. Müqavilənin detalları imzalanmayıb.

Qeyd edək ki, Fransanın paytaxtı Parisdə anadan olan İsaak Droqba "Çelsi" futbol akademiyasının yetirməsidir. O, 2019/2020 mövsümündə "Qenqam"ın gənclər komandasında oynayıb.

Milli.Az