Bakının məşhur klinikasında yanğın

8 Fevral 2021 23:15

Bakının Xətai rayonu, Babək prospektində yerləşən "Baku Medical Plaza"da yanğın hadisəsi baş verib.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, əraziyə FHN-in 3 yanğınsöndürən maşını və polis əməkdaşları cəlb edilib.

Yanğınla əlaqədar xəstələr tibb müəssisəsindən təxliyə olunub.

Milli.Az