11 yaşlı azərbaycanlı qızı nişanladılar- VİDEO

8 Fevral 2021 13:28

Gürcüstanda 11 yaşlı qız üçün nişan mərasimi keçirilib.

Milli.Az unikal.org-a istinadən bildirir ki, nişan mərasimi Gürcüstanın azərbaycanlılar yaşayan Poniçala (Soğanlıq) adlanan ərazisində baş tutub.

Bir ailənin azyaşlı övladına nişan mərasimi təşkil etdiyi anın görüntüləri sosial şəbəkədə yayılıb.

1 həftə öncə çəkildiyi deyilən görüntülər insanların narazılığına səbəb olub. Nişan mərasimində 11 yaşlı qızın ailəsi və qohumları da iştirak edib.

Milli.Az