Gürcüstanda zəlzələ oldu

8 Fevral 2021 14:41

Gürcüstanda zəlzələ hadisəsi baş verib.

Milli.Az unikal.org-a istinadən bildirir ki, zəlzələ paytaxt Tiflisin 58 kilometr şərqində, Kvemo-Kartli vilayətinin Dmanisi bölgəsində (Borçalı əraziləri) baş verib. Yer silkələnməsi Rixter şkalası ilə 3.2 balla qiymətləndirilib.

Dağıntı və itki qeydə alınmayıb.

Milli.Az