Səlim Müslümovun qohumu olan Baş həkim işdən çıxarıldı FOTO

8 Fevral 2021 10:35

Ağsu Rayon Mərkəzi Xəstəxanasının(RMX) Baş həkimi işdən çıxarılıb.

Milli.Az unikal.org-a istinadən bildirir ki, "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının əmri ilə, Ağsu RMX-nin Baş həkimi Şəhrəbanu Məlikova tutduğu vəzifədən azad olunub. Onun yerinə isə müavini Əli Hüseynov təyin edilib.

Qeyd edək ki, vəzifəsindən azad olunan Ş.Məlikova Səlim Müslümovun dayısının arvadıdır.

Milli.Az