Myanmada on minlərlə insan küçələrə axışdı

8 Fevral 2021 11:14

Myanmada üçüncü gündür davam edən etiraz aksiyalarında on minlərlə insan iştirak edir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ölkənin müxtəlif şəhərlərində davam edən aksiyalarda polis nümayişçiləri dağıtmaq üçün təzyiqli su şırnaqlarından istifadə edir.

Həlak olanlar barədə məlumat yoxdur.

Mandalay şəhərində yerli əhalinin həyatında əhəmiyyətli rol oynayan buddist rahiblərin də etirazların üçüncü günündə nümayişlərə qatıldığı bildirilib.

Xatırladaq ki, 1 fevral səhəri 8 noyabr seçkilərində seçilən yeni parlamentin ilk iclasının açılmasından bir neçə saat əvvəl Myanmada hərbi çevriliş baş verib. Prezident və dövlət müşaviri daxil olmaqla bir sıra hökumət rəhbərləri həbs edilib. Ordunun hökuməti ələ keçirməsindən sonra ölkədə etirazlar başlayıb. Hərbi xunta aksiyaların təşkilinin qarşısını almaq üçün feysbuk, tvitter və instaqram kimi sosial şəbəkələrə məhdudiyyət qoyub.

Milli.Az