Gürcüstanda son sutkada 15 nəfər koronavirusdan ölüb

8 Fevral 2021 12:46

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19)  204 yoluxma halı qeydə alınıb, 15 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 262 228, ölənlərin sayı isə 3 298 nəfərə çatıb.

Virusa yoluxanlardan 254 350 nəfərin sağaldığı bildirilir.

Milli.Az