Rusiyada qar taxıl anbarının damını uçurdu: 4 nəfər öldü

8 Fevral 2021 11:56

Rusiyanın Altay diyarında qar taxıl anbarının damını uçurub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə regional hökumətin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, uçqun altında ümumilikdə 8 nəfər qalıb, onlardan 4-ü ölüb.

Xəsarət alanlardan bir nəfəri xəstəxanaya yerləşdirilib, digərləri isə tibb müəssisəsinə yerləşdirilməkdən imtina ediblər. 

Milli.Az