Koronavirusa yoluxmuş şəxslər peyvənd olunacaq? - TƏBİB açıqladı

8 Fevral 2021 10:44

Koronavirusa yoluxan şəxslər 6 aydan sonra peyvənd oluna bilərlər.

Milli.Az xəbər verir ki, koronavirusa yoluxan şəxslər ilkin mərhələdə risk qrupu hesab edilmir: "6 aydan sonra (tibbi cəhətdən qandakı anticisimlərin zəifləməsi nəzərə alınaraq) vətəndaş vaksinasiya strategiyasında nəzərdə tutulan risk qruplarına aiddirsə, peyvənd oluna bilər".

Qeyd edək ki, fevralın 5-dən etibarən yaşı 65-dən yuxarı olan və həmçinin son 1 il ərzində "COVID-19" analiz nəticəsi pozitiv olmayan vətəndaşların peyvənd olunması ilə bağlı elektron qeydiyyat  aktivləşib. Randevu.its.gov.az saytında qeydiyyatdan keçən şəxslərin bu gündən etibarən peyvəndlənməsinə başlanılır.

Milli.Az