"Barselona"dan qələbə

8 Fevral 2021 10:00

"Barselona" La Liqada 22-ci tur oyununa çıxıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Kataloniya klubu "Betis"in qonağı olub. Matç Ronald Kumanın baş məşqçisi olduğu komandanın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

"Betis" - "Barselona" - 2:3
Qollar:İqlesias, 38, Ruiz, 75 - Messi, 59, Ruiz, 68-avtoqol, Trinkao, 87

Bu qələbə ilə xalını 43-ə yüksəldən "Barselona" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. "Atletiko" 50 xalla 1-ci, "Real" 43 xalla 3-cüdür.

Milli.Az