ÜST: “AstraZeneca” peyvəndi “Cənubi Afrika ştam”ına qarşı təsirsizdir

8 Fevral 2021 09:11

"AstraZeneca" peyvəndi "Cənubi Afrika ştam"ına qarşı təsirsizliyi Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) narahat edir.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu ÜST mütəxəssisi Maria van Kerxove CBS televiziyasına müsahibəsində deyib. 

O bildirib ki, hazırda peyvəndin təsirini, bədənin immunitet reaksiyasını öyrənmək üçün bir sıra işlər aparılır: "Effektivliyin azalmasına işarə edən bəzi ilkin araşdırmalar var, lakin yenə də bu işlər hələ tam olaraq təsbit edilməyib. Fevralın 8-də "Cənubi Afrika ştam"ına qarşı "AstraZeneca" peyvəndinin effektivliyi məsələsi müzakirə ediləcək".

Milli.Az