Bakıda inzibati binada yanğın olub

7 Fevral 2021 19:42

Bakı şəhərinin Qaradağ rayonunda inzibati binanın 1-ci mərtəbəsində ümumi sahəsi 12 m² olan elektrik otağında 1 ədəd akkumulyator bloku yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb.

Otaq və orada olan digər avadanlıqlar yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Milli.Az