ABŞ-dan mühüm siqnallar aldıq, məni inandırdı ki... - Kuleba

7 Fevral 2021 18:06

Ukrayna Prezidenti Vladimir Zelenski ilə amerikalı həmkarı Co Bayden arasında ilk görüşün tarixi hələ müəyyən edilməyib. Əvvəlcə prezidentlər arasında telefon danışığı barədə razılığa gəlmək lazımdır.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib.

Prezidentlərin görüşü barədə ABŞ Dövlət katibi Entoni Blinkenlə müzakirə apardığını deyən Kuleba ABŞ-dan əhəmiyyətli siqnallar aldığını qeyd edib.

Kuleba bildirib ki, Blinken onu Rusiyaya qarşı ABŞ-ın Ukraynanın yanında qətiyyətlə duracağına inandırıb.

Milli.Az