Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 404 yoluxma halı qeydə alınıb, 14 nəfər ölüb.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 262 024, ölənlərin sayı isə 3 283 nəfərə çatıb.
Virusa yoluxanlardan 253 614 nəfərin sağaldığı bildirilir.
Milli.Az