Avropa Şurasının prezidenti Azərbaycana gələcək

6 Fevral 2021 22:51

Avropa Şurasının prezidenti Şarl Mişel martın 1-də Gürcüstanda rəsmi səfərdə olacaq.

Milli.Az Georgia Online-a istinadən bildirir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili "İmedi" telekanalında deyib.

S.Zurabişvilinin dediyinə görə, Avropa İttifaqının rəhbərlərindən olan Ş.Mişelin Gürcüstana səfəri artıq rəsmən təsdiqlənib.

Ş.Mişel Gürcüstandan sonra Azərbaycana da rəsmi səfər edəcək.

Milli.Az