Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Azadlıq prospektində qeydə alınıb.
1962-ci il təvəllüdlü Cavadova Fəridə Nadir qızı yolu keçərkən onu minik avtomobili vurub. Yaralı xəstəxanaya yerləşdirilib.
Fakt araşdırılır.
Milli.Az