Diplomatik korpus nümayəndələri ermənilərin dağıtdığı Mədəniyyət Evi ilə tanış olublar - FOTO - VİDEO

6 Fevral 2021 14:32

Azərbaycanda fəaliyyət göstərən səfirlər, hərbi atteşelər və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Cəbrayılda ermənilər tərəfindən dağıdılan Mədəniyyət Evi ilə tanış olublar.

Milli.Az xəbər verir ki, Trend TV-nin Qarabağ bürosunun məlumatına görə, dünya şöhrətli fotoqraf Reza Deqqati diplomatik korpus nümayəndələrinə mdəniyyət evinin əvvəlki vəziyyəti və dağntılar barəsində məlumat verib.

Daha sonra Mədəniyyət Evinin dağıntıları arasında uzun illərdən sonra ilk dəfə musiqi səsləndirilib.

Milli.Az