"Pandemiyada nə qədər ailə dağıldı" - Nigar Camal

6 Fevral 2021 17:33

Mənə nə qədər xanım yazırdı ki, karantin günlərində evdə oturmaq çətindir. Deyirdilər, bilirsiz, nə qədər çətindir sevmədiyin insanla eyni evdə yaşamaq.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Nigar Camal "Xəbər-ətər" proqramında deyib. Sənətçi karantin günlərində sosial şəbəkədə aldığı mesajlardan bəhs edib:

"Bütün karantini evdə, uşaqlarımla keçirdim. Ab-hava çox dəyişib. Həm darıxırdıq, həm alışırdıq. İnsanlar daha aqresivləşmişdi. Müharibə vaxtı isə aqresiyanı başladılar ermənilərə tökməyə, bizə mənfi rəylər az yazılırdı.

Bilirsiz, pandemiyada nə qədər ailə dağıldı...".

Milli.Az