“Bavariya” dünya çempionatına yollana bilmir

6 Fevral 2021 16:02

Klublararası dünya çempionatına qatılacaq Almaniyanın "Bavariya" klubu turnirin keçirildiyi Qətərə yollanmaqda problemlə üzləşib.

Milli.Az apasport.az-a istinadla bildirir ki, bu barədə Münhen klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, yarımfinalda Misirin "Əl-Əhli" klubu ilə qarşılaşacaq "Bavariya"nın Dohaya uçuşu təxirə salınıb. Artıq 7 saatdan çoxdur ki, komanda təyyarənin havaya qalxması ilə bağlı problemin həll edilməsini gözləyir.

Qeyd edək ki, "Əl-Əhli" - "Bavariya" oyunu fevralın 8-də keçirilməlidir.

Milli.Az