Qarabağda meyiti tapılan erməni hərbçilərin sayı açıqlandı

6 Fevral 2021 12:49

Qarabağ münaqişəsi zonasında aparılan axtarış işləri zamanı daha bir erməni hərbçinin meyiti tapılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hərbçinin qalıqları Hadrut ərazisində aşkarlanıb. Onun kimliyi hələ ki, müəyyənləşdirilməyib. Bununla da indiyədək tapılan erməni hərbçilərin meyitlərinin sayı 1 365-ə yüksəlib.

Hazırda axtarış işləri Cəbrayıl və Hadrut istiqamətlərində davam etdirilir.

Milli.Az