Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 602 yoluxma halı qeydə alınıb, 11 nəfər ölüb.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 261 620, ölənlərin sayı isə 3 269 nəfərə çatıb.
Virusa yoluxanlardan 252 815 nəfərin sağaldığı bildirilir.
Milli.Az