Bu gün İstanbul derbisi var

6 Fevral 2021 14:07

Bu gün Türkiyə Superliqasında 23-cü turda İstanbul derbisi gerçəkləşəcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Ülker stadionu"nda "Fənərbağça" "Qalatasaray"ı qəbul edəcək. Bakı vaxtı ilə saat 20:00-da başlayacaq matçı FİFA referisi Cüneyt Çakır idarə edəcək.

Qeyd edək ki, 22 turdan sonra "Fənərbaxça" 48 xalla 1-ci, "Qalatasaray" 45 xalla 2-cidir.

6 fevral

20:00. "Fənərbağça" - "Qalatasaray"
İstanbul, "Ülker stadionu"

Milli.Az