Gəncədə ağır qəza: 3 nəfər yaralandı

6 Fevral 2021 13:28

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə şəhərin Fikrət Əmirov küçəsində qeydə alınıb. Hərəkətədə olan iki minik maşını toqquşub.

Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Milli