“Akıncı”nın aktyoru xəstəxanaya düşdü

6 Fevral 2021 09:39

Hazırda "Akıncı" serialında rol alan Erkan Bektaş xəstəxanaya düşdü.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sinəsində ağrı hiss edən aktyor həkimə müraciət edib.

E.Bektaşın ürək damarlarında tıxanıqlıq olduğu aşkarlanıb. Aktyor dərhal əməliyyat olunub. Onun hazırda vəziyyətinin yaxşı olduğu bildirilir.

Milli.Az