Tanışı Ağstafa sakinini döyüb xəstəxanalıq etdi

6 Fevral 2021 08:53

Ağstafada döyülmə faktı qeydə alınıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Göycəli kəndində baş verib.

Kənd sakini, 1991-ci il təvəllüdlü Haqverdiyev Nurlan müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə, 30 yaşlı kişi tanıdığı şəxs tərəfindən döyülüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az