İspaniya kubokunda yarımfinalın püşkü atıldı

5 Fevral 2021 19:14

İspaniya Kral kubokunda yarımfinal mərhələsinin püşkü atılıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu gün keçirilən püşkatmadan sonra cütlüklər müəyyənləşib.

Püşkün nəticəsinə görə, "Sevilya" "Barselona" ilə, "Atletik" isə "Levante" ilə qarşılaşacaq.

Qeyd edək ki, mərhələnin ilk oyunları fevralın 10-da, cavab görüşləri isə martın 3-də olacaq. "Sevilya" və "Atletik" ilk oyunu öz meydanında keçirəcək.

Milli.Az