Eşitmədə çətinliyi olanlar üçün teledərslər keçiriləcək - VİDEO

5 Fevral 2021 16:26

Fevralın 9-dan etibarən Təhsil Nazirliyinin dəstəyi ilə "Mədəniyyət" telekanalında efirə gedən "Dərs vaxtı" proqramı çərçivəsində eşitməsində çətinliyi olan uşaqlar üçün teledərslərin yayımına başlanılacaq.

Nazirlikdən Milli.Az-a bildirilib ki, prosesə pedaqoji metod, üsul və vasitələrdən istifadə edərək eşitmə qavrayışını və nitqi inkişaf etdirən, tələffüzü formalaşdıran surdopedaqoqlar da cəlb olunublar. Məqsəd çətinliklərə baxmayaraq, bütün uşaqların öyrənməsini təmin etməkdir.

Milli.Az