Dumanlı hava şəraiti davam edəcək - Nazirlik

5 Fevral 2021 12:08

Bakıda və Abşeron yarımadasında gecə və gündüz  saatlarında müşahidə olunan temperatur fərqi az olduğundan inversiya qatı əmələ gəlib.

Milli.Az bildirir ki, bunu APA-ya Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki,  Xəzər dənizi üzərində formalaşan duman qatı arabir güclənən cənub-şərq küləyi nəticəsində Abşeron yarımadasına daxil olub və dumanın əmələ gəlməsinə şərait yaranıb: "Fevralın 6-sı gündüzədək fasilələrlə duman olacağı proqnozlaşdırılır".

Milli.Az