Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının əsgəri Osmanov Nəzir Rahib oğlu Vətən müharibəsi şəhidlərindəndir.
Nazirlikdən Milli.Az-a verilən məlumata görə, N.Osmanov 1998-ci ildə Qax rayonunun Qıpçaq kəndində doğulub.
O, oktyabrın 31-i Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub.
Milli.Az