Rusiya Futbol İttifaqının prezidenti seçildi

4 Fevral 2021 17:11

Rusiya Futbol İttifaqının prezidenti Aleksandr Dyukov vəzifəsində işinə davam edəcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, funksioner yekdilliklə təşkilatın rəhbəri vəzifəsinə 4 il müddətinə yenidən seçilib. O, son seçkilərdə yeganə namizəd olub.

Qeyd edək ki, Dyukov 22 fevral 2019-cu ildən bəri Rusiya Futbol İttifaqının rəhbəridir.

Milli.Az