Ötən il Mərakeşdə 400 mindən çox iş yeri bağlanıb

5 Fevral 2021 21:32

Mərakeşin Yüksək Planlaşdırma Komissiyası (HCP) bəyan edib ki, COVID-19 pandemiyası və kənd təsərrüfatına təsir edən güclü quraqlıq səbəbindən ölkə iqtisadiyyatı 2020-ci ildə 432 min iş yeri itirib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Ümumhəmkarlar İttifaqları Konfederasiyasının (ÜHİK) məlumatına görə, kənd yerlərində 295 min, şəhərlərdə isə müvafiq olaraq 137 min iş yeri bağlanıb.

Milli.Az