Küveytə giriş bağlanır

4 Fevral 2021 13:19

Küveyt koronavirusa qarşı tədbirlər çərçivəsində bazar günündən etibarən ölkə ərazisinə girişi iki həftəlik bağlayır.

Milli.Az APA-ya istinadən bildirir ki, yalnız ölkə vətəndaşları bu müddətdə ölkəyə daxil ola biləcəklər.

Xarici ölkə vətəndaşlarına qadağa qoyulsa da, küveytlilərin birinci dərəcəli qohumları istisna təşkil edəcək.

Küveytdəki rəsmi məlumatlara görə, COVID-19-dan ölənlərin sayı 961-ə, yoluxanların sayı isə 410 167-yə çatıb.

Milli.Az