Gürcüstanda koronavirusa yoluxanların sayı yenidən artdı

4 Fevral 2021 12:24

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 583 yoluxma halı qeydə alınıb, 19 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 260 480, ölənlərin sayı isə 3 240 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 251 748 nəfərin sağaldığı bildirilir.

Milli.Az